2020-ci ilin rəmzi komandalarının heyəti açıqlandı – ADLAR

0
54

UEFA 2020-ci ilin kişi və qadınlardan ibarət rəmzi komandaları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.

Rəmzi “11-lik” azarkeşlərin səsverməsinə əsasən müəyyənləşib.

Kişi futbolçulardan ibarət rəmzi “11-lik”

Qapıçı: Manuel Noyer (“Bayern”, Almaniya);

Müdafiəçilər: Yozua Kimix, Alfonso Deyvis ( hər ikisi “Bayern”, Almaniya), Serxio Ramos (“Real”, İspaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə);

Yarımmüdafiəçilər: Lionel Messi (“Barselona”, İspaniya), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Tyaqo Alkantara (“Liverpul”, İngiltərə);

Hücumçular: Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Robert Levandovski (“Bayern”, Almaniya), Neymar (PSJ, Fransa).

Qadın futbolçulardan ibarət rəmzi “11-lik”

Qapıçı: Sara Buaddi (“Lion”, Fransa);

Müdafiəçilər: Maqdalena Erikson (“Çelsi”, İngiltərə), Vendi Renar, Kadeyşa Byukanan (hər ikisi “Lion”, Fransa), Lusi Bronz (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Amandin Anri, Sara Byörk Qunarsdotir (hər ikisi “Lion”, Fransa), Keyra Amraui (“Barselona”, İspaniya);

Hücumçular: Delfin Kaskarino (“Lion”, Fransa), Pernila Harder (“Çelsi”, İngiltərə), Daniel van de Donk (“Arsenal”, İngiltərə).