​​​​​​​“WhatsApp” istifadəçi narazılıqlarına görə yeni qərarının icrasını təxirə saldı

0
31

“WhatsApp” imesenceri stifadəçi müqaviləsinə tətbiq etməyi planlaşdırdığı yeniləmənin icrasını təxirə salıb.

Bu barədə şirkət rəhbərliyi bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, yeniləmənin tətbiqetmə tarixi 8 fevraldan 15 may tarixinə keçirilib.

Xatırladaq ki, dünyanın ən çox işlədilən messenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bildirmişdi.

Yeni siyasətə görə, istifadəçilərə dair məlumatlar messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcək. Bu, narazılığa və etirazlara səbəb olmuşdu