Əfsanəvi futbolçunun yeni işi bəlli oldu

0
56

İspaniyanın əfsanəvi futbolçularından Fernando Torres baş məşqçiliyə başlayıb.

“Atletiko Madrid” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, F.Torres karyerası ərzində “Liverpul”, “Çelsi”, “Atletiko Madrid” kimi klubların heyətində çıxış edib. O, İspaniyanın heyətində 110 oyunda 38 qol vurub. Həmçinin iki dəfə Avropa çempionu, bir dəfə dünya çempionu olub.