Xəzər “donur”: Anomal qalınlıqda buz tapıldı

0
163

Xəzər dənizinin şimalında buzun qalınlığı həmişəkindən 30 faiz çoxalıb.

Bu barədə Rusiyan Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand danışıb.

Onun sözlərinə görə, Rusiyanın Avropa hissəsinin cənubunda şaxtalar qeydə alındığına görə donma baş verib.

“Əvvəlcə Taqanroq Körfəzində Azov dənizində suyun donması başlayıb.

Xəzər dənizinin şimalı da donub. Və dənizin səthindəki buz örtüyü hazırda həmişəkindən təxminən 30 faiz çoxdur.

Söhbət buzun qalınlığı və sahəsinin əhatə etdiyi yerdən gedir”, – Vilfand bildirib.