Vilayət Eyvazovdan yeni təyinat

0
41

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.