Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu

0
124

Ötən gecə Türkiyədə ardıcıl zəlzələlər baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

İlk olaraq Egey dənizində 4 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 15,35 kilometr dərinlikdə yerləşib.

Eyni zamanda Denizli əyalətində də yerli vaxtla saat 23:19-da 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat baş verməyib.

Səhərə yaxın saatlarda isə ölkənin Muğla vilayətində iki dəfə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Ula rayonunda 3,9 və 3.8 bal gücündə qeydə alınıb. Məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:14-də baş verib. Saat 06:16-da isə 3,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Zəlzələ hiss edilib. Təbii hadisə hər hansı tələfata və ya insan itkisinə səbəb olmayıb