Türkiyədə deputatlar arasında yumruq davası – Video

0
210

Türkiyə Böyük Millət Məclisində (TBMM) qarşıdurma yaşanıb.Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İclasda “Kütləvi qırğın silahlarının maliyyələşdirilməsinin qarşısının alınması” ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları arasında mübahisə baş verib.

Digər deputatların mübahisəyə qoşulması davanın yaranmasına səbəb olub. Dava zamanı deputatlar bir-birilərini yumruqla vurublar.