Təbrizdə Səttərxanın adını daşıyan metro stansiyası istifadəyə verilib

0
90

İran prezidenti Həsən Ruhani dekabrın 17-də videokonfrans formatında Təbriz Metropoliteninin daha dörd yeni stansiyasının açılışında iştirak edib.

Stansiyalar “Sərdare Milli” (Səttərxan), “İmam Hüseyn”, “Şəhid Baqiri” və “Nur” adlanır.

Yeni stansiyalar Təbriz metrosunun birinci xəttinin təkmilləşdirilməsi işləri çərçivəsində tikilib.

Qeyd edək ki, dörd əsas və bir kənar xəttə aid olan beş xətdən ibarət Təbriz metrosunun uzunluğu yüz kilometrdir. Hazırda birinci xəttin birinci və ikinci blokundan istifadə edilir. “El Gölü” stansiyasından “Saat Meydanı”stansiyasınadək uzanan bu blokların uzunluğu bütövlükdə on bir kilometrdir.