Rusiyadan ABŞ-a xəbərdarlıq: Tədbirlər görəcəyik!

0
141

ABŞ orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriuma qoşulmasa, Rusiya adekvat tədbirlər görəcək.

Bu sözləri Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.

“Bizim çağırışımıza dəstək verilməzsə və Avropada amerikan yerləşdirilməsi davam edərsə, o zaman biz də adekvat cavab tədbirləri verməyə hazırıq”, – deyə Fomin bildirib.