Rusiyadakı Azərbaycan diasporunun rəhbəri vəfat edib

0
100

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanov vəfat edib.

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan 76 yaşlı akademik F.Qurbanov aparılan müalicələrə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Qurbanov tibb elmləri doktoru, professor olub.

Faktı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı da təsdiq edib.