Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı AÇIQLAMA

0
145

Dağlıq Qarabağda yeni atəşkəs pozuntuları və təxribatlar qeydə alınmayıb.

Bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin müavini, polkovnik Dmitri Perepelkin açıqlayıb.

“Sülhməramlıların əməliyyat zonasında vəziyyət sakitdir. Atəşkəs pozuntuları və ya təxribat qeydə alınmayıb. Vəziyyət gecə-gündüz izlənilir”, – deyə o bildirib.

Polkovnik əlavə edib ki, Rusiya Federasiyası sülhməramlıları Dağlıq Qarabağdakı atəşkəs və döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaların icrasını izləməyə davam edir.