“Real” səfərdə acı məğlubiyyət yaşadı – FOTO/VİDEO

0
77

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. 

Gözlənilmədən Madridin “Real” klubu səfərdə “Şaxtyor”a məğlub olub. 

Bu məğlubiyyətlə Kral klubu B qrupunda vəziyyətini qəlizləşdirib.

Qeyd edək ki, bu, madridlilərin “Şaxtyor”a ikinci məğlubiyyətidir. Bundan öncə onlar 3:2 hesabı ilə uduzmuşdular.  

Hazırkı nəticələrə görə, qruplarda vəziyyət belədir: 

UEFA Çempionar Liqası

Qrup mərhələsi, V tur

A qrupu

“Lokomotiv” (Moskva, Rusiya) – “Zaltsburq” (Avstriya) 1:3

(A.Mirançuk, 79. – M.Berişa, 28, 41. K.Adeyemi, 81.)

00:00. “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)

B qrupu

“Şaxtyor” (Ukrayna) – “Real Madrid” (İspaniya) 2:0

(Dentinho, 57. M.Solomon, 82.)

00:00. “Borussiya” (Mönxenqladbax, Almaniya) – “İnter” (İtaliya)