Qocalar Evində dəhşət: Sakinlər üzərində təhlükəli təcrübələr həyata keçirilib

0
143

ABŞ-ın Ayova ştatında Qocalar Evində sakinlər üzərində qəribə və təhlükəli təcrübələr həyata keçirilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbər yayıb.

Qurumun apardığı istintaq zamanı məlum olub ki, belə bir təcrübə zamanı xəstələr hiperhidratasiya vəziyyətinə gətirilib (bu, bədəndəki artıq suyun adıdır, üzdə, ağciyərdə və beyində ödemə səbəb olur).

İstintaq ayrıca mərkəzin rəhbərinin cinsi həyəcanın stimullaşdırılması ilə bağlı təcrübələr planlaşdırdığını aşkar edib. Təcrübəyə əsasən, subyektlərə çılpaq və geyimli uşaqların kompüter şəkillərini göstərirdilər.

Mərkəzin rəhbəri artıq işdən qovulub.

Ədliyyə Nazirliyi həmçinin Dövlət Sosial Müdafiə Departamentinin işində də ciddi qüsurların olduğunu vurğulayıb.