“Qarabağ” Çempionlar Liqası turnirinin 65 illik tarixində neçəncidir?

0
93

UEFA bütün dövrlərin ən yaxşı klubunun adını açıqlayıb.

Reytinq komandaların Çempionlar Liqasındakı (Çempionlar Kuboku) iştirakına görə müəyyənləşib.

1955-2020-ci illəri əhatə edən siyahıya İspaniya klubu “Real” başçılıq edir. Növbəti iki yerdə Almaniya “Bayern”i və İspaniya “Barselona”sı qərarlaşıb. Həmçinin “Mançester Yunayted”, “Liverpul” (hər ikisi İngiltərə), “Yuventus” , “Milan” (hər ikisi İtaliya), “Benfika”, “Portu” (hər ikisi Portuqaliya) və “Ayaks” (Hollandiya) ilk 10 komanda sırasına düşüb.

Ümumilikdə 526 klubun olduğu siyahıda Azərbaycanın yeddi klubu da var. Bunlardan “Qarabağ” ilk “100-lük”dədir. 

78. “Qarabağ”
171. “Neftçi”
271. “Bakı”
297. “Keşlə”
398. “Şəmkir”
399. “Kəpəz”
426. “Xəzər Lənkəran”