Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA

0
113

Pusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsi, təmas xəttində sülhməramlıların olmasından danışıb.

Bu barədə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans şəklində iclasında çıxışı zamanı deyib.

“Hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən noyabrın 9-da imzalanan üçtərəfli bəyanat ardıcıl formada icra edilir. Rusiya sülhməramlıları təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilir”, – deyə Rusiya lideri bildirib.

“Hamı yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın aktiv vasitəçi səyləri tələb olunub”, – Putin qeyd edib.