Putin Yeni ildə nə arzuladığını açıqladı

0
191

Rusiya Prezidenti Vladimir Putin Yeni il üçün arzusunu açıqlayıb.

Rusiya lideri doqquz yaşlı leykoz xəstəsi Dimanın arzusunu yerinə yetirərək onunla buzda sürüşdükdən sonra, balaca bir qızcığaz ondan Yeni ildə arzusunun nə olduğunu soruşub.

Vladimir Putin əvvəlcə bu barədə hələlik düşünmədiyini söyləsə də, tezliklə fikrini dəyişib və bu cavabı verib:

“Hər kəsin sağlam olması”.