Prezident Elman Məmmədova “Şöhrət” ordeni Verdi – SƏRƏNCAM

0
169

Prezident İlham Əliyev Millət vəkili Elman Məmmədovun “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il”.