Orta aylıq pensiya məbləği 10,4 faiz artırılacaq

0
218

“Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4 faiz artması proqnnazlaşdırılır. Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0 faiz) nəzərəçarpacaq dərəcədə çoxdur. Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcəkdir.