Ölkəmizdə koronaya yoluxma üzrə – Ölüm faizi

0
292

Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.

Ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib və bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.

Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insanın koronavirusa yoluxması qeydə alınıb, onlardan 1,6 milyondan çoxu vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistikaya (16 dekabr) görə ümumilikdə ölkədə virusa yoluxanların sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb. Hazırda 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər isə dünyasını dəyişib. Ötən gün 4 077 nəfər də virusa yeni yoluxan kimi qeydiyyata alınıb. Virus başlayandan bu günə kimi Azərbaycanda 1 998 577 müayinə aparılıb.