Neft Fondunun 2021-ci il büdcə layihəsi Prezidentə təqdim olunacaq – FOTO

0
108

Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə edib.

Nazirlər Kabinetinin məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.