Nazirlikdən Qələbə paradına hazırlıq: Şəxsi heyət, ən müasir texnikalar, hərbi qənimətlər… – VİDEO

0
285

Dekabrın 10-da keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.