Naxçıvanın təbii qaza olan tələbatını qarşılayacaq layihə ilə bağlı VACİB AÇIQLAMA

0
133

“Layihə ilə 500 min əhalisi olan Naxçıvan Muxtar Respublikasının 500 milyon kubmetr həcmində təbii qaza olan tələbatı tam şəkildə qarşılanacaq”.  

Bunu Türkiyənin Energetika və Təbii Qaynaqlar naziri Fateh Dönməz Türkiyədən Naxçıvan Muxtar Respublikası ərazisinə təbii qazın nəqlini təmin edəcək layihə ilə bağlı müqavilənin imzalanma mərasimində deyib. 

Nazir bildirib ki, Türkiyə-Naxçıvan MR təbii qaz boru xətti Şərqi Anadalu xəttindən çıxış edərək, İğdır vilayətinin təbii qaz boru xəttinin davamı olacaq:

“Boru xəttinin İğdır vilayətindən Naxçıvan MR-nin Sədərək ərazisinə qədər olan Türkiyə hissəsi 85 km uzunluğunda olacaq. İllik 500 milyon kubmetr nəqletmə potensialı olan bu xətlə gündəlik 1,5 min kub metr təbii qaz daşınması həyata keçiriləcək. Bununla da Naxçıvanın təbii qaza olan tələbatı tamamilə qarşılanacaq”.

F.Dönməz qeyd edib ki, nəql ediləcək qazın həcmini nəzarətdə saxlamaq üçün stansiyanın da tikintisinə başlanılacaq və layihə bölgədə bir çox yeni imkanların və investisiyaların başlanğıcı olacaq.