“Mançester Yunayted”in futbolçusu azarkeşi təhqir etdi

0
346

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in futbolçusu Edinson Kavaniyə qarşı ittiham irəli sürüb.

33 yaşlı uruqvaylı hücumçu instaqramda azarkeşi təhqir edib.

“Mançester Yunayted” həmin ifadənin başqa mənada işlədildiyini və Cənubi Amerikada fərqli mənalar daşıdığını vurğulayıb. Klub sonradan mesajın silindiyini bildirib.

Kavani 2021-ci il yanvarın 4-dək İngiltərə Futbol Assosiasiyasına izahat verməlidir.