Makrondan Nikolla bağlı şok: SMS yazdım, o isə…

0
309

10 noyabr Bəyanatından, başqa sözlə, Ermənistanın kapitulyasiyasından bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron erməni icmasının təmsilçiləri ilə birgə nahar edib. Nahar zamanı diqqətçəkən söhbət də olub.

Makron fransalı ermənilərin Nikol Paşinyan haqda fikirləri ilə maraqlanıb, onlara diqqətlə qulaq asıb, sonra isə erməni baş nazirin şəxsiyyəti və davranışları ilə bağlı şübhələrini bölüşüb. O deyib ki, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxlayıb, dəstək təklif edib, hətta ona SMS yazıb və Paşinyan da buna dərhal cavab verib. Ancaq bir dəfə də olsun Paşinyan öz təşəbbüsü ilə Makronla əlaqə yaratmayıb və heç nə xahiş etməyib.

Makron həmçinin 10 noyabr Bəyanatı imzalanan ərəfədə və ondan sonra Paşinyanın onunla əlaqə saxlamamasından təəccübləndiyini qeyd edib:

“Axı mən ATƏT-in Minsk Qrupu həmsədri olan ölkənin prezidentiyəm. Niyə görə o Bəyanatı imzalamazdan əvvəl və yaxud sonra mənə məlumat vermədi və dəstək istəmədi?”