Lənkəranda əməliyyat: Külli miqdarda narkotik tutuldu

0
171

Lənkəranda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sütəmürdov kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 705 qram tiryək, 100 qrama ayxın heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov tutulub.

Şəxsi axtarış zamanı ondan 262 qrama yaxın heroin, 7 qrama yaxın tiryək, 5 qrama yaxın marixuana və 4 qrama yaxın metadon həbi, yaşadığı evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın tiryək, metamfetamin, 15 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.