İqtisadiyyat naziri: “Bu il 84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb”

0
110

“Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının özəl və qeyri-neft sektorunda 84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“2019-cu ildən bu sahədə başlanmış islahatlar nəticəsini verməkdədir”, – o qeyd edib.