İnsan orqanizmi üçün təhlükəli kosmetik prosedurlar açıqlandı

0
116

İnsan orqanizmi üçün xüsusilə təhlükə yarada biləcək kosmetik prosedurlar açıqlanıb. 

Bununla bağlı onkoloq və kimya-terapevt Andrey Bazılyev açıqlama verib. 

Onun sözlərinə görə, kosmetik prosedurlardan sui-istifadə halları xərçəng xəstəliyinə səbəb ola bilər. 

Bazılyev bildirib ki, saçla əlaqəli prosedurlarda formaldehid çox olduğu üçün çox təhlükəlidir və bu prosedurdan ayda səkkiz dəfədən çox istifadə etmək sağlamlıq üçün ziyandır.

O qeyd edib ki, kosmetik preparatlar arasında tərkibində dioksan olanlardan qaçmaq lazımdır. Bu maddə bədəndə xərçəng inkişafına səbəb ola biləcək müxtəlif endokrin xəstəliklərə səbəb ola bilər.

Bazılyev manikür üçün istifadə edilən ultrabənövşəyi dırnaq lampasından tez-tez istifadənin dəri xərçənginə səbəb ola biləcəyini əlavə edib. O deyib ki, bu prosedurdan maksimum ayda 10-15 dəfədən çox tətbiq edilməlidir.