İNK-nın Laçın rayon şöbəsi yaradıldı

0
619

İctimai Nəzarət Koalisiyasının dünən işğaldan azad olunmuş Laçın rayonunda şöbəsi yaradıldı.
İNK-nın İdarə Heyətinin qərarı ilə bu şöbəyə Namiq Həsənov sədr təyin edilmişdir.
Bu təyinata İctimai Nəzarət Koalisiyasının Qarabağ Komitəsinin sədri Möhlət Hüseynovun təqdimatına əsasən qərar verilmişdir.
1976-cı ildə Laçın şəhərində anadan olmuş Həsənov Namiq Əliş oğlu Azərbaycan Dövlət Kooperasiya Universitetinin məzunudur. N.Həsənov hazırda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədridir.