Hakimlər oyundan əvvəl araq içdilər – VİDEO

0
136

Rusiya Premyer Liqasının XIX turunun Saranskda keçirilən “Tambov” – “Ural” (1:1) oyunundan öncə hakimlərin araq içməsinə dair gizli görüntü yayılıb.

Baş hakim Sergey İvanovun briqadası 17 dekabr Moskva vaxtı ilə saat 19:50-də restoranlardan birində araq içib. Halbuki bir sutka sonra onları matç gözləyirmiş.

Daha əvvəl hakim İqor Panin XVIII turun “Soçi” – “Spartak” (1:0) oyunundan sonra Soçidəki hotelin restoranında meydan sahibi klubun əməkdaşları ilə oturduğu üçün işindən uzaqlaşdırılıb. Onlar da həmin vaxt birgə alkoqollu içki qəbul etmişdilər.

Rusiya Futbol İttifaqı arbitrin belə hərəkətini yolverilməz saymışdı. Hakimin özü isə günahını boynuna almamışdı.