Gəncədə dezinfeksiya işləri davam etdirilir – VİDEO

0
114

Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.

Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı, Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər dayanacaqları, çoxmənzilli yaşayış binalarını və həyətləri əhatə edib.

Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütamədi olaraq aparılır.