Faciə odur ki, bütün ermənilər Əliyevlə… – Kazinyan

0
201

Ən böyük faciə odur ki, Əliyevlə (Prezident İlham Əliyev – red.) bütün qürurlu erməni vətəndaşları eyni fikirdədir.

Bu sözləri Vahid Ermənistan Partiyasının rəhbəri Artur Kazinyan sosial şəbəkə hesabında yazıb.

O, ordunun Köçəryan və Sərkisyanın olması, işğalda qalan əraziləri də onların məhv etməsi (“Paşinyan gələndə, artıq dağıtmağa heç nə qalmamışdı” – İlham Əliyev) barədə Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının konfransında səsləndirdiyi fikri ilə Ermənistanda böyük çoxluğun razılaşdığını vurğulayaraq, “Zavallı Nikolun” tərəfdarlarının artmasından narahatlığını bildirib.

“Əliyev bizi təkcə cəbhədə deyil, bütün casus şəbəkəsindən istifadə edərək, arxada da məğlub etdi”, – deyə Kazinyan yazıb.