Ermənistanda polis maşını insanların üstünə sürdürdü – Video

0
397

Ermənistanda keçirilən aksiya zamanı yolu kəsməyə çalışan etirazçıların üzərinə polisin dayanan yük maşınını sürdürməsini əks etdirən görüntü yayılıb.

Görüntüdə yolda insanların olmasına baxmayaraq, polisin təkidlə sürücüdən maşını etirazçılara doğru sürməsini tələb etdiyi görünür.

Qeyd edək ki, erməni müxalifəti aksiya zamanı yolları kəsməyə çalışsa da, etirazçı sayının azlığından iki gündür buna nail ola bilmir.