Düşmənin kabusu olan şəhid Ruslan Bayramov – VİDEO

0
186

Şəhid, baş leytenant Ruslan Bayramov düşmənin qorxulu röyası olan qəhrəmanlarımızdandır.

Quba rayonunun Əlibəyqışlaq kəndindən olan R.Bayramov tək başına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb.

Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük şücaəti olduğunu deyiblər:

“Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub”. 

Ailə üzvləri deyir ki, R.Bayramov öz istəyi ilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb. 

Qeyd edək ki, R.Bayramovun qardaşı hazırda hərbi xidmətdədir. Qəhrəmanımızın üzünü belə görmədiyi bir qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.