DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri… – FOTO

0
162

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq, fəaliyyət göstərən restoran aşkarlanıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin, orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər. 

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.