COVID-19 xəstələri dərmanlarla təmin edilmir? – RƏSMİ AÇIQLAMA + FOTO

0
142

Sosial şəbəkələrdə evdə müalicə alan koronavirus xəstələrinə dərmanların pulsuz verilməməsi barədə məlumat paylaşılıb.

COVID-19 testi pozitiv çıxan şəxsin dərmanı pulsuz almaq hüququ olsa da, iddia edilir ki, bunun üçün 53 manat ödənilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, evdə müalicə alan vətəndaşlara dərmanlar pulsuz şəkildə verilir:

“Vətəndaşın paylaşdığı dərman paketi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə məxsus deyil. TƏBİB olaraq biz yalnız regionlar üzrə koronavirus xəstələrinə dərman paketi təqdim edirik”.