COVID-19 testinin nəticəsi pozitiv çıxan xəstəyə cinayət işi açılıb – VİDEO

0
115

Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb. 

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 testinin nəticəsi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Mollakənd kənd sakini 1983-cü il təvəllüdlü Mirzəyeva Giləxanımın yaşadığı evi icazəsiz tərk etməsi polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Giləxanım Mirzəyeva yaşadığı evdən 7,5 kilometr aralıda yerləşən işlədiyi istixanaya gedərək virusun digər insanlara keçməsinə şərait yaradıb. Dərhal Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Giləxanım Mirzəyeva saxlanılıb onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilib. Onun barəsində Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb. 

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 testinin nəticəsi pozitiv çıxan şəxslərə qarşı gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.