COVID-19 peyvəndindən imtina edənlər cəzalandırılacaq

0
242

Braziliya Ali Federal Məhkəməsi müvafiq qanunun tətbiqi ilə səlahiyyətlilərə koronavirus əleyhinə peyvənddən imtina edən vətəndaşlara məhdudiyyət qoymalarına icazə verib.

Kollegiya hakim Rikardu Levandovskini dəstəkləyib.

Hakim peyvənddən imtina edənlər üçün müəyyən yerlərə getməyi və ya müəyyən fəaliyyətlərə qadağa tətbiq edildiyini nümunə gətirib.

Məhkəmə insanların məcburi peyvənd edilməsinə dair hər hansı bir qərarın ölkənin konstitusiyasını pozacağını vurğulayıb, həm də, Braziliya rəhbərliyinə peyvənddən imtina edən vətəndaşlara məhdudiyyətlər qoyma imkanı verib.

Braziliya yeni bir koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkədə 7 milyondan çox COVID-19 hadisəsi təsbit edilib, bunlardan 184 mindən çoxu ölümcül olub.