Çirkin plan üzə çıxdı: Qarabağdan rus bazasına daşınan cəsədlər – Şok iddia

0
263

Müharibəyə qatılmaq üçün Qarabağa gələn hələbli ermənilərin çoxu toqquşmalarda ölüb. 30-a yaxın cənazə Ermənistanın paytaxtı İrəvandan təyyarə ilə Rusiyanın Ləzgiyədəki Xmeymim Hava Bazasına gətirilib.

Nəşrin iddiasına görə, cənazələrin əksəriyyəti Moskvaya bağlı eksterimistlər tərəfindən gəldikləri şəhərlərə aparılıb:

“Cənazələrin son həftələrdə Süleymaniyyə və Əziziyyədə dəfn edildiyi bildirilib. Digər tərəfdən, Əsədə sadiq olan bəzi hərbçilər və Moskvaya bağlı rəsmilərin gizli olaraq sözügedən xristian qoşunları üçün əsgər toplama işini həyata keçirdikləri iddia edilir. Hətta “Vaqner” kimi muzdlu qruplaşma modelinə bənzəyən xristian silahlı qruplaşmasının üzvləri ilə 3 aylıq bir

müqavilə imzalandığı və bu müqavilə çərçivəsində döyüşmək üçün Ermənistana göndərildiyi də ortaya çıxıb.

Suriya ermənilərindən və assuriyalılardan ibarət muzdlu qruplaşmanın üzvlərinin Qarabağ müharibəsindəki töhfələrinin müqabilində aylıq 1500 ABŞ dolları maaş aldıqları və gələcəkdə Ermənistana getmək, hətta Ermənistan vətəndaşı olmaq imkanı qazanacaqları deyilib. Əsəd rejimi savaşda həyatını itirən 30-dan çox Suriya ermənisinə təzminat ödəmək vəzifəsini boynuna götürüb. Hər ailəyə 200 min Suriya lirəsi təzminat ödənilib”.

Qəzet qeyd edir ki, suriyalı mülki şəxsləri də prosesə cəlb etmək cəhdləri göstərən Rusiya rəhbərliyi bunun üçün əvvəlcə xristian döyüşçüləri toplayaraq, yeni qruplaşma üçün ciddi bir arxitektura formalaşdırıb:“Yepiskoplar və keşişlərin ermənilər və assuriyalı döyüşçülərinin daxil olduğu qruplaşmanın qurulmasında fəal rol oynadıqları bildirilir. Əsəd rejiminin din adamlarına əsgər toplamaq üçün maddi dəstək verdiyi də iddia edilir. Rejim qüvvələrinin “erməni xalqı qırğına məruz qalır” iddiası ilə “qarayaxma təbliğatı” apardıqları, erməni və assuriyalıların Ermənistanın xeyrinə döyüşmələrini təmin etmək üçün əllərindən gələni etdikləri vurğulanıb”.