Böyük Britaniyada ilin idmançısı, komandası və baş məşqçisi məlum oldu

0
88

“Formula-1” pilotu Luis Həmilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı seçilib.

“BBC Sport”un ictimaiyyət arasında keçirdiyi səsvermənin nəticəsinə görə, ilk yerdə yeddiqat dünya çempionu qərarlaşıb. “Liverpul”la bu il İngiltərə çempionu olmuş kapitan Cordan Henderson ikinci, çapar Holi Doyl üçüncü olub.

Həmçinin, “Liverpool” Böyük Britaniyada ilin komandası və onun alman çalışdırıcısı Yürqen Klopp ilin baş məşqçisi seçilib. Mançester Yunaytedin futbolçusu Markus Rəşforda isə xüsusi mükafat ayrılıb. 

Qeyd edək ki, daha əvvəl “BBC Sport” ilin dünya ulduzunun adını açıqlamış və bu ada məğlubedilməz UFC döyüşçüsü Həbib Nurməhəmmədov sahib çıxmışdı.