Bill Qeytsdən koronavirusa dair proqnoz

0
146

Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb.

O, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib.

“Hələ də çətinlikdən qurtarmamışıq”, – deyə o, bloq yazısında qeyd edib.

Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir.

Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib.

Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır.