Bazarda valyuta artıqlığı müşahidə olunub, nəinki qıtlığı – Elman Rüstəmov

0
181

2020-ci il pandemiya ilə mübarizə şəraitində keçib, qlobal iqtisadiyyat azalıb və proqnozlara əsasən növbəti ildə də azalacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, bütün bunlar Azərbaycana da təsir edib, lakin görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib.