Bakının bəzi ərazilərində işıq olmayacaq

0
159

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 May və Nübar qəsəbələrində bu gün saat 13:00-dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.