Ayın səthinə Çinin bayrağı sancıldı – FOTO

0
91

Çinin “Chang’e-5” kosmik gəmisi Ayın səthinə ÇXR-in dövlət bayrağını sancıb.

Bu barədə Çinin Milli Kosmik İdarəsi  (CNSA) məlumat verib.

Gəmi həmçinin, tarixdə ilk dəfə olaraq kosmosdan ÇXR bayrağının dinamik görüntüsünü Yerə göndərib.

Bildirilir ki, bayraq dirəyi parça ilə birlikdə xüsusi bir materialdan hazırlanıb və çəkisi cəmi 12 qramdır.