Astma xəstələrinin COVID-19-a daha az yoluxma riskinin səbəbləri izah edilib

0
112

İsrail alimləri bronxial astma xəstələrində koronavirusa yoluxma riskinin 30 faiz daha az olduğunu müəyyən ediblər.

“Leumit”də proaktiv tibb şöbəsinin müdiri Yevqeni Merzona məlumat verib.

O, COVID-19 testini keçən 37 min xəstəni araşdırdıqdan sonra belə nəticələrə gəldiklərini deyib.

Həkim, bu fenomenin səbəbinin astma xəstələrinin ciyərlərindəki virusun bədənə nüfuz etməsindən məsul olan reseptor sayının daha az olması, həmçinin belə xəstələrin daha diqqətli davranması ilə izah edib.