Alimlərdən D vitamini ilə bağlı vacib açıqlama: 10 xəstədən doqquzunu xilas edə bilərdik

0
341

Dünya alimlərindən ibarət beynəlxalq komanda D vitamininin qəbulu və koronavirusun gedişatı ilə bağlı son araşdırmaları təqdim ediblər.

Aparılan son tədqiqatlar nəticəsində D vitamininin COVID-19 xəstəliyinin gedişatına müsbət təsir göstərdiyi məlum olub.

Alimlər xüsusi olaraq vurğulayıblar ki, orqanizmdə D vitamininin səviyyəsi normal olan insanlar koronavirusu daha asan keçirir.

Əksinə, koronavirusa yoluxmuş və orqanizmdə D vitamini səviyyəsi az olan insanların virusdan zərər görmək riski daha yüksəkdir və bir çox hallarda bu xəstələri ventilyasiya aparatına qoşmaq ehtiyacı yaranır.

Əlavə olaraq vurğulanır ki, insanların kifayət qədər D vitamini ehtiyatı olsaydı, COVID-19-dan ölən 10 şəxsdən doqquzunu xilas etmək mümkün olardı.