ABŞ qeyd-şərtsiz bu razılaşmaya qayıtmalıdır – Rusiya

0
274

ABŞ-ın yeni rəhbərliyinin strateji silahların azaldılmasını nəzərdə tutan yeni “Start” müqaviləsinə tam qayıdacağını gözləyirik.

Bu barədə Rusiyanın BMT-dəki səfirinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Ümid etmək istərdim ki, Amerika tərəfi sonda baş verənlərdən özü üçün düzgün nəticələr çıxaracaq”, – Polyanski söyləyib.

Polyanski qeyd edib ki, ABŞ üçün ən məntiqli addım heç bir ilkin şərt irəli sürmədən razılaşmalara tam və qeyd-şərtsiz qayıtmaqdır.