3 yolun inşası yekunlaşır

0
115

Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir.

Bunu  açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

“Bundan başqa, Bəhrəmtəpə-Biləsuvar magistal avtomobil yolunda da işlər demək olar ki, yekunlaşıb. Bu yol ölkəmizin regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Üstəlik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var”, – o, əlavə edib