2021-də Gürcüstan 5,3 milyard borc götürəcək

0
49

2021-ci ildə Gürcüstan hökuməti 5,3 milyard lari (1,6 milyard dollar) xarici borc götürməyi planlaşdırır.

Bu barədə məlumat 2021-ci il dövlət büdcəsi layihəsində yer alıb.

Məlumata görə, gələn il xarici dövlətlər qarşısında öhdəliklərin qarşılanması üçün 3,1 milyard lari xərclənəcək. Tiflisin 2021-ci ilin sonunda dövlət borcu 33,68 milyard lariyə yüksələcək ki, onun da 27,73 milyardı xarici, 5,94 milyardı daxili borc olacaq.