190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır – RƏSMİ

0
89

“Artıq altıncı dəfədir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə verilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, 190 manatın ödəməsinin bu gün tamamlanması nəzərdə tutulur.

“Ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənildi”.

O qeyd edib ki, növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərar Nazirlər Kabinetindən asılıdır:

“Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa ediləcək”.