18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” – VİDEO

0
253

44 günlük Vətən Müharibəsi müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Bu savaşda igid oğullarımız gözünü qırpmadan ölümə meydan oxudu. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız öz canları-qanları ilə şanlı tariximizi yazdılar. Bu qəhrəmanlardan biri də Şamaxı şəhər sakini, 18 yaşlı şəhid əsgər Ziyad Zərbalıyevdir. 

Oxuduğu kolleci bitirsə də, hələ diplomunu almayan qəhrəmanımız üç ay idi hərbi xidmətə yollanmışdı.

Anası Pakizə Zərbalıyeva bildirir ki, Z.Zərbalıyev gərgin döyüşlərə qatılıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub: 

“Hələ Ziyad hərbi xidmətə getməzdən öncə şəhidlik məqamından danışırdı. Övladlarımı halal zəhmətimlə, çətinliklə böyütmüşəm. Mənim üçün balam yaşayır, hələ balamın həyata keçməyən arzuları var idi, Vətən sağ olsun, Ziyad başımızı uca edib”.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Şamaxı şəhər Şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.